...

FİA-nın Baş Assambleyasının növbəti iclası Bakıda keçiriləcək

Cəmiyyət Materials 23 İyun 2023 04:49 (UTC +04:00)
FİA-nın Baş Assambleyasının növbəti iclası Bakıda keçiriləcək

Bakı. Trend:

Beynəlxalq Avtomobil Federasiyasının (FIA) Baş Assambleyasının növbəti iclası dekabrın 8-də Bakıda keçiriləcək.

Trend xəbər verir ki, bu barədə FIA-nın saytında yerləşdirilən məlumatda deyilir.

Məlumata əsasən, ötən gün (22 iyun - red.) Kordovada Beynəlxalq Avtomobil Federasiyasının fövqəladə Baş Assambleyaları keçirilib.

Qeyd edilir ki, FIA-ya üzv klublar səsvermə prosesində iştirak ediblər və Birləşmiş Krallığın Avtomobil Assosiasiyasının FIA-da üzvlüyünün bərpası da daxil olmaqla bir neçə təklifi təsdiq ediblər.

Beynəlxalq Avtomobil Federasiyanın (FIA) prezidenti, ralli üzrə keçmiş pilot Mohammed Əhməd bin Sulayem Böyük Britaniyanın yenidən FİA-ya qoşulmasını alqışlayıb.

"Bu gün sizi fürsətdən istifadə edərək Birləşmiş Krallığın Avtomobil Assosiasiyasını FIA ailəsində salamlamağa dəvət etmək istərdim. Sayımız artdıqca Federasiyamız güclənir", - deyə o bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti