Bakı. Trend:
İyunun 25-də Bakıda və Abşeron yarımadasında yağmursuz hava şəraiti gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 17-22° isti, gündüz 27-32° isti olacaq.
Atmosfer təzyiqi 761 mm civə sütunundan 758 mm civə sütununa
enəcək. Nisbi rütubət 50-60 % olacaq.
Azərbaycanın rayonlarında əsasən yağmursuz keçəcək. Lakin gündüz
bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək
çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi rayonlarda
duman olacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 16-21° isti, gündüz 30-35° isti, dağlarda
gecə 7-12° isti, gündüz 15-20° isti olacaq.