...

Qəbul imtahanlarında abituriyentlərin təxminən yarısı 200-dən az bal toplayıb

Cəmiyyət Materials 3 İyul 2023 17:43 (UTC +04:00)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

I–IV qrup üzrə qəbul imtahanlarında abituriyentlərin 42,79%-i 200-dən az bal toplayıb.

Trend-in məlumatına görə, bu barədə “Abituriyent” jurnalının 12-ci nömrəsində qeyd edilib.

Qeyd edilib ki, keçən il abituriyentlərin 42.8 faizi imtahandan “2”, 22.0%-i “3”, 25.6%-i “4”, 9.6%-i isə “5” qiymət alıb.

"2021-ci ildə bu göstəricilər, uyğun olaraq, 44.3%, 20.3%, 25.5%, 10% olub. Keçən il “2” və “5” qiymət alanların faizi nisbətən azalıb, “3” və “4” qiymət alanların faizi isə nisbətən artıb. Təbii ki, qəbul imtahanlarında iştirak edən abituriyentlərin topladıqları balların paylanması strukturunda və qəbul planında baş verən dəyişikliklər qəbul olan abituriyentlərin ballarının paylanmasında da öz əksini tapıb.

Qəbul olanların topladıqları balların paylanmasından görünür ki, onların 33.8%-ni “3”, 43.8%-ni “4”, 15.8%-ni isə “5” qiymət alanlar təşkil edib. 2021-ci ildə bu göstəricilər, uyğun olaraq, 29.9%, 47.2%, 18.0% olub.

Qəbul (buraxılış) imtahanlarında iştirak edən abituriyentlərin 48.20%-nin topladığı bal 100-dən aşağıdır. Qəbul olan abituriyentlər arasında 30-dan az bal toplayan yoxdur və abituriyentlərin yarıdan çoxu (51.74%) 100-150 bal intervalında nəticə göstərib", -deyə bildirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti