...

Prezident İlham Əliyevin jurnalist əməyinə verdiyi yüksək qiymət böyük etimadın göstəricisidir - Əhməd İsmayılov

Cəmiyyət Materials 4 İyul 2023 12:35 (UTC +04:00)
Prezident İlham Əliyevin jurnalist əməyinə verdiyi yüksək qiymət böyük etimadın göstəricisidir - Əhməd İsmayılov
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlətimizin 44 günlük Vətən müharibəsində möhtəşəm Zəfərə imza atması bütün sahələrdə olduğu kimi medianın da fəaliyyətində ruh yüksəkliyi yaradıb.

Trend-in məlumatına görə, bu barədə Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş "Müasir Azərbaycan mediası - peşəkarlıq standartları və yeni trendlər" mövzusunda Respublika elmi-praktik konfransı zamanı çıxışında deyib.

“44 günlük Vətən müharibəsində Azərbaycan Prezidentinin ölkəmiz haqqında həqiqətlərin dünyaya çatdırılması istiqamətində yorulmaz fəaliyyətindən ruhlanan jurnalistlərimiz də öz peşə borclarını ləyaqətlə yerinə yetirdilər. Təsadüfi deyildir ki, dövlət başçısı cəmiyyətdə baş verən hadisələr haqqında əsas informasiya qaynaqlarından biri kimi medianın rolunu daim yüksək qiymətləndirmiş və onun ictimai nəzarət funksiyasına böyük önəm verdiyini həmişə vurğulayıb.

Prezident İlham Əliyevin jurnalist əməyinə verdiyi yüksək qiymət böyük etimadın göstəricisi olmaqla yanaşı media işçilərinin də öz peşəkar missiyalarını həyata keçirməkdə məsuliyyətini artırmış olur. Dövlət başçısı demək olar ki, bütün müşavirələrdə, toplantılarda, ictimaiyyətin nümayəndələri ilə görüşlərində nailiyyətlərlə bərabər, problemlərdən də bəhs edir, güclü ictimai nəzarətin olmasına diqqət çəkir.

Bu gün ölkəmizdə hüquqi dövlət quruculuğu prosesində atılan addımlar, ifadə azadlığının təmin edilməsi, vətəndaş cəmiyyəti institutlarının kifayət qədər formalaşması, eləcə də konstruktiv ictimai tənqid və tənbeh üçün hər cür şəraitin yaradılması, məmur-vətəndaş münasibətlərinin ictimai və hüquqi normaya uyğun tənzimlənməsi insanların idarəetmə prosesinə cəlb olunmasına ən yüksək səviyyədə şərait yaradır, ictimai nəzarətin, ictimai rəyin, həmçinin ictimai qınağın rolunu daha da artırır”,- deyə Ə. İsmayılov bildirib.

Xəbər lenti

Xəbər lenti