...

Ümumrespublika təmizlik aksiyaları davam edir

Cəmiyyət Materials 16 İyul 2023 21:56 (UTC +04:00)
Xəyal Hətəmzadə
Xəyal Hətəmzadə
Bütün xəbərlər

Bakı. Trend:

Xəzər dənizinin Bilgəh, Sumqayıt, Lənkəran sahillərində, Yardımlı şəhəri Viləşçayın sahilində, Kür çayının Şirvan şəhəri, Göyçayın Göyçay şəhəri ərazisindən keçən hissələrində təmizlik aksiyaları təşkil olunub.

Trend xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin regional bölmələrinin, yerli icra orqanlarının, yerli Mənzil-Kommunal Təsərrüfatı və İstehsalat Birliyinin əməkdaşlarının, sakinlərin, könüllülərin, tərəfdaş qurumların iştirakı ilə keçirilən aksiyalar zamanı, ümumilikdə, 20 tondan artıq müxtəlif növ tullantı yığılaraq ərazilərdən daşınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti