...

Müdafiə naziri “IDEF-23” sərgisinin açılışında iştirak etdi (FOTO)

Cəmiyyət Materials 25 İyul 2023 19:23 (UTC +04:00)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

İyulun 25-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti İstanbul şəhərində keçirilən “IDEF - 23” 16-cı Beynəlxalq Müdafiə Sənayesi Sərgisinin açılış mərasimində iştirak edib.

Trend xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, nazirliyin rəhbər heyəti sərgidə "ASELSAN", "ROKETSAN", "DEARSAN" və digər şirkətlərin stendlərində nümayiş etdirilən silah, texnika və hərbi təyinatlı vasitələrlə tanış olub.

Səfər çərçivəsində general-polkovnik Z.Həsənov, həmçinin Türkiyənin Texnologiya naziri cənab Mehmet Fatih Kacır ilə görüşüb.

Görüşdə hərbi-texniki əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb və qarşılıqlı hədiyyələr təqdim edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti