...

Qaxda meşədə itkin düşən şəxsin kimliyi bilindi (YENİLƏNİB)

Cəmiyyət Materials 26 İyul 2023 15:49 (UTC +04:00)
Qaxda meşədə itkin düşən şəxsin kimliyi bilindi (YENİLƏNİB)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Qax rayonunun İlisu kənd sakini, 1992-ci il təvəllüdlü Kamallı Rəhman Sədrəddin oğlunun iyulun 23-də təxminən saat 20 radələrində dağlıq-meşəlik ərazidə naməlum istiqamətdə gedərək itkin düşməsi barədə dünən yaxınları tərəfindən polisə müraciət edilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Trend-ə verilən məlumata görə, rayon polis şöbəsinin və digər aidiyyəti qurumların əməkdaşları axtarışlara cəlb olunub. Onun tapılması istiqamətində tədbirlər keçirilir.

xxx

15:02

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Qax rayonunun Ağçay kəndi yaxınlığında dağlıq-meşəlik ərazidə naməlum şəraitdə 1 nəfərin itkin düşməsi barədə məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə,

məlumatla əlaqədar FHN-nin Şimal-qərb Regional Mərkəzinin xilasetmə qüvvələri axtarış-xilasetmə işlərinin aparılması üçün əraziyə cəlb olunub, aidiyyəti dövlət qurumları məlumatlandırılıb.

Hazırda axtarış-xilasetmə işləri həyata keçirilir.

Əlavə məlumat veriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti