...

Vilayət Eyvazovun Qusarda qəbul vaxtı dəyişdirildi

Cəmiyyət Materials 31 İyul 2023 17:10 (UTC +04:00)
Vilayət Eyvazovun Qusarda qəbul vaxtı dəyişdirildi

Bakı.Trend:

Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov tərəfindən cari il avqust ayının 10-da Qusar Rayon Polis Şöbəsinin inzibati binasında keçirilməsi nəzərdə tutulan Quba, Qusar, Şabran, Siyəzən və Xaçmaz şəhər və rayonların sakinlərinin qəbulu tarixi avqust ayının 4-nə dəyişdirilib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, qəbula yazılmaq istəyən vətəndaşlar Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aid məsələlərlə bağlı 03.08.2023-cü il tarixədək yaşadıqları ərazinin polis orqanına, habelə DİN-in mia.gov.az internet saytı vasitəsilə və sosial şəbəkələrdəki səhifələrinə müraciət edə bilərlər.

Qəbula gələnlərdən şəxsiyyət vəsiqəsi tələb olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti