...

Bakıda doqquzmərtəbəli binada yanğın

Cəmiyyət Materials 3 Avqust 2023 09:15 (UTC +04:00)

Bakı. Trend:

Bakı şəhərinin Nizami rayonunda doqquzmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində yanğın olub.

Bu barədə Trend Fövqəladə Hallar Nazirliyinə istinadən məlumat yayıb.

Qeyd olunub ki, ümumi sahəsi 75 m² olan 3 otaqlı mənzildə 1 ədəd televizor, 1 ədəd televizor stenti, 1 ədəd plastikdən ibarət pəncərə çərçivəsi və pərdə yanıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Məqalədə:
Xəbər lenti

Xəbər lenti