Bakı. Trend:
İyulun 23-də Qax rayonunun Sarıbaş kəndi istiqamətində itkin düşən Qax rayon sakini 1993-cü il təvəllüdlü Kamallı Rəhman Sədrəddin oğlunun meyiti mürəkkəb relyefli dağlıq-meşəlik ərazidə tapılıb.
Trend xəbər verir ki, bu barədə bu barədə FHN məlumat yayıb.
Bildirilib ki, Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzinin xilasetmə qüvvələri tərəfindən ərazidən təxliyə edilərək aidiyyəti üzrə təhvil verilib.