...

Azərbaycanda fiber-optik internetlə təmin olunan ev təsərrüfatlarının sayı 1,17 milyondan artıqdır

Cəmiyyət Materials 4 Avqust 2023 12:16 (UTC +04:00)
Azərbaycanda fiber-optik internetlə təmin olunan ev təsərrüfatlarının sayı 1,17 milyondan artıqdır
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Ölkə ərazisində 1,17 milyondan artıq ev təsərrüfatı sürətli və kəsintisiz fiber-optik internetlə əhatə olunub.

Bu barədə Trend-ə “Aztelekom” MMC-dən məlumat verilib.

Bildirilir ki, bu da hazırda ölkədə mövcud olan ev təsərrüfatlarının 44%-ni təşkil edir.

Layihənin əsas məqsədi dövlət-özəl tərəfdaşlıq modeli əsasında bir neçə telekommunikasiya operatorunun birgə səyləri nəticəsində 2024-cü ilin sonuna qədər minimum 25 Mbit/s internet sürəti ilə bütün ölkəni əhatə edən genişzolaqlı şəbəkə qurmaqdan ibarətdir. “Aztelekom” layihə çərçivəsində sürəti 100 Mbit/s-dək internet xidməti təqdim edir.

Məlumat üçün deyək ki, ölkədə genişzolaqlı internetin sürəti ilə bağlı beynəlxalq hesabatlarda əvvəlki aylarda olduğu kimi müsbət dinamika davam edir. “Ookla” şirkəti tərəfindən iyun ayında dərc edilən hesabatda ötən ilin müvafiq dövrü ilə müqayisədə internet sürətinin 22 Mbit/s-dən 29,47 Mbit/s-ə yüksəldiyi qeyd olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti