...

Bakıda tıxaclar artacaq - BU TARİXDƏN

Cəmiyyət Materials 7 Avqust 2023 16:30 (UTC +04:00)
Bakıda tıxaclar artacaq - BU TARİXDƏN
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Yay aylarında Bakıda tıxacların azalması müşahidə olunur. Xüsusilə orta məktəblər bağlandıqdan, ali təhsil müəssisələrinin yay tətilinə çıxmasından sonra Bakıda nəqliyyat sıxlığı xeyli seyrəlir. Ekspertlər də bu amilin önəmli rol oynadığını hesab edir.

Nəqliyyat məsələləri üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov Trend-in sualını cavablandırarkən bildirib ki, tıxacların azalması yay mövsümü ilə əlaqədardır.

“Əsas səbəb odur ki, hazırda orta məkblərdə, ali təhsil müəssisələrində dərslər yoxdur, insanların əksəriyyəti istirahətdədir. Ona görə də avtomobil yollarında gərginlik azalıb”, - deyə o, əlavə edib.

Ekspert qeyd edib ki, sentyabrın 1-dən tıxaclar artmağa başlayacaq.

“Sentyabrın 15-dən sonra isə tıxaclar yenidən artacaq. Tıxacların qarşısının alınması üçün ictimai nəqliyyatın fəaliyyəti yaxşılaşdırılmalıdır”, - deyə Ə.Hüseynov vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti