...

Xəstəxanada 4 günlük körpə öldü

Cəmiyyət Materials 14 Avqust 2023 09:29 (UTC +04:00)

Bakı. Trend:

Tovuzda xəstəxanada 4 günlük körpə ölüb.

Trend-in məlumatına görə, Ağstafa rayon sakini, 2000-ci il təvəllüdlü Pərvanə Qasımova avqustun 9-da Tovuz Rayon Mərkəzi Xəstəxanasında təbii üsulla uşaq dünyaya gətirib.

Məlumata görə, yeni doğulmuş körpə avqustun 13-də həmin xəstəxanada dünyasını dəyişib.

Qadının yaxınları körpənin həkim səhlənkarlığı nəticəsində öldüyünü iddia edib.

Faktla bağlı Tovuz Rayon prokurorluğunda araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti