...

"Galaxy Z Fold5" | "Z Flip5": məhsulun davamlılığı

Cəmiyyət Materials 15 Avqust 2023 18:06 (UTC +04:00)
"Galaxy Z Fold5" | "Z Flip5": məhsulun davamlılığı

Bakı. Trend:

2023-cü ilin iyul ayında "Samsung Electronics" şirkəti iki premium smartfon modelini bazara çıxardı – maksimum multitaskinq imkanlarına sahib olan "Galaxy Z Fold5" və təkmilləşdirilmiş kamera ilə təçhiz olunan möhtəşəm "Galaxy Z Flip5".

"Samsung" şirkəti ekoloji cəhətdən təmiz və təhlükəsiz texnologiya və innovasiyaları bütün məhsullara daxil etməyə çalışır. Məhsulun istismar dövrü boyu ekoloji təhlükəsizliyini nəzərə alaraq, şirkət öz müştəriləri sabahını daha yaxşı qurmağa ruhlandırmaq istəyir.

Plastiksiz qablaşdırma təşəbbüsünün işə salındığı "Galaxy S7" ilə müqayisədə "Galaxy Z Flip5" üçün qablaşdırmada plastikdən istifadə 96,8% azalıb. "Galaxy Z Fold5"də isə azalma 95,1% təşkil edib.

Nəticə etibarilə Galaxy Z Flip5 və Fold5-in tərkibində ümumi qutunun çəkisindən 1,6% və 1,5% plastik mövcuddur.

Hər iki model digər Galaxy smartfonlarına nisbətən təkrar emal edilmiş alüminium və şüşə, atılmış balıq torları, PET butulkalar və su çəlləkləri, həmçinin istehlakdan sonra təkrar emal edilmiş plastik daxil olmaqla daha geniş çeşiddə təkrar emal materiallarından istifadə edir. Məhsulun qutusunun ətraf mühitə təsirini azaltmaq üçün Samsung artıq materialları aradan qaldırmaq və birdəfəlik plastik və 100% təkrar emal edilmiş kağız kimi davamlı seçimlərə üstünlük vermək qərarına gəlib.

Daha az karbon izli təkrar emal materiallarını inkişaf etdirmək və onlardan faydalanmaqla, Samsung dairəvi iqtisadiyyatın inkişafına töhfə verir və ilkin sərvətlərə ehtiyacı azaldır. Bu cür yanaşma ətraf mühitə xammalın hasilatı və emalından gələn təsiri azaldır.

Sıfır tullantı istehsalına gedən yolda Samsung təkrar emal materiallarından faydalanır və materialları təkrar istifadəyə hazırlamaq məqsədilə elektron tullantıları toplayır. 2030-cu ilə qədər DX (Device Experience) məhsullarında istifadə edilən plastikin 50%-nin təkrar emal edilmiş plastikdən ibarət olacağı planlaşdırılır və 2050-ci ilə qədər şirkət bu rəqəmin 100%-ə çatdırılması nəzərdə tutulur.

Hər iki modeldə istifadə olunan materialları nəzərdən keçirin.

Plastik

Üst və alt dinamik modulların istehsalında atılmış balıq torları və su çəlləklərindən əldə edilən ən azı 20% təkrar emal plastikindən (çəki etibarı ilə) istifadə edilir. Korpusun plastik ön hissəsinin 10%-i təkrar emal edilmiş PET butulkalardan alınır. Arxa pəncərədə istifadə olunan dekor üzlüyünün tərkibinə ən azı 80% təkrar emal edilmiş PET daxildir.

Alüminium

Qurğunun komponentləri – səs düyməsi və SIM yeri – istehsal prosesi zamanı əldə edilən ən azı 28% alüminiumdan hazırlanır.

Şüşə

Aşağı pəncərədə (qoruyucu ekranın xarici şüşəsi) və arxa şüşədə istehsal prosesindən əldə edilən orta hesabla 22% təkrar emal edilmiş şüşə var.

Bundan əlavə, təhlükəli maddələrin məhsullara daxil olmasının qarşısını almaq üçün kimyəvi idarəetmə sistemi sayəsində istehsal hissələri və xammala xüsusi nəzarət edilir.

Dağıtım mərhələsində qablaşdırmanın həcmi və çəkisinin minimuma endirilməsi, daşınma ilə bağlı karbon izini azaltmağın effektiv üsuludur.

Galaxy Z Fold5 və Z Flip5-in modul quruluşu fərdi komponentlərin sökülməsi və dəyişdirilməsi, həmçinin təmir və təkmilləşdirmələri daha da asanlaşdırır. Digər tərəfdən, yenə də planetin xeyirinədir. Sökülmə mümkündürsə, yenisini almağa ehtiyac yoxdur. Beləliklə, güclü və davamlı cihazların istehsalı tez-tez dəyişdirmə ehtiyacını azaldır.

Bundan əlavə, Samsung Electronics müştərilərdən elektron tullantıları toplamaq üçün ABŞ, Braziliya və İspaniya da daxil olmaqla 34 ölkədəki təmir mərkəzlərində işlənmiş cib telefonları və aksesuarları üçün toplama qutuları quraşdırıb. 2030-cu ilə qədər bu şəbəkənin təxminən 180 ölkəyə genişləndirilməsi planlaşdırılır. Yığılan elektron mallar çeşidlənir, qabaqcadan təmizlənir və xırdalanır.

Azərbaycanda rəsmi satış avqustun 14-də başlayıb. Məhsulu Samsung Electronics-in rəsmi distribyutorları olan Kontakt, Baku Electronics, İrşad, Soliton, Maxi.az, World-Telecom və Samsung mağazasından əldə etmək olar.

Avqustun 14-dən sentyabrın 15-dək dövrü əhatə edən ilkin satışlara xüsusi təklif ilə başlanılacaq: Galaxy Z Flip5 alan hər bir müştəri hədiyyə olaraq Galaxy Buds2, Galaxy Z Fold5 alanlar isə Galaxy Watch5 Pro əldə edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti