...

“AzInTelecom”a yeni direktor təyinatı oldu

Cəmiyyət Materials 21 Avqust 2023 14:20 (UTC +04:00)
“AzInTelecom”a yeni direktor təyinatı oldu

Bakı. Trend:

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “AzInTelecom” MMC-də yeni təyinat olub.

Trend xəbər verir ki, qurumun İnformasiya Texnologiyaları departamentinin direktoru vəzifəsinə Ceyhun Qarayev təyin edilib.

Buna qədər isə o, həmin departamentin İnformasiya texnologiyaları infrastrukturu şöbəsinin müdiri kimi çalışıb.

Qeyd edək ki, bundan öncə “AzInTelecom” MMC-nin İnformasiya Texnologiyaları departamentinin direktoru vəzifəsini Əmir Vəlibəyov icra edib. C.Qarayevin xələfi bu ilin iyun ayında tutduğu vəzifədən ayrılmışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti