...

“İçərişəhərin həyatı” adlı foto müsabiqəyə start verildi

Cəmiyyət Materials 21 Avqust 2023 18:29 (UTC +04:00)
“İçərişəhərin həyatı” adlı foto müsabiqəyə start verildi
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və Azərbaycan Fotoqrafları Birliyinin birgə təşkilatçılığı ilə Dünya Fotoqrafiya Günü münasibətilə foto müsabiqəyə start verildi.

Trend xəbər verir ki, iştirakçılar fotoqraf və mobilqraf olmaqla 2 kateqoriya üzrə müsabiqəyə qatıla bilərlər.

“İçərişəhərin həyatı” mövzusuna uyğun olaraq 2 ədəd fotoşəkil 10 sentyabr 2023-cü il saat 18:00 qədər qeydiyyat anketi ilə birgə [email protected]. ünvanına göndərilməlidir.

Şərtlər və qaydalar haqda əlavə məlumatı https://icherisheher.gov.az/az/news/584 saytından əldə etmək olar.

Müsabiqə ilə bağlı əlavə sualları İçərişəhər Qoruq İdarəsinin sosial media kanallarından ünvanlamaq olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti