...

Vilayət Eyvazov Masallıda qəbul keçirəcək

Cəmiyyət Materials 28 Avqust 2023 10:19 (UTC +04:00)
Vilayət Eyvazov Masallıda qəbul keçirəcək
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik cənab Vilayət Eyvazov tərəfindən cari il sentyabr ayının 28-də Masallı Rayon Polis Şöbəsinin inzibati binasında Masallı, Yardımlı, Lerik, Astara və Lənkəran şəhər və rayonlarının sakinlərinin qəbulu keçiriləcək.

Bu barədə Trend- Daxili İşlər Nazirliyindən bildirilib.

Qəbula yazılmaq istəyən vətəndaşlar Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aid məsələlərlə bağlı 27.09.2023-cü il tarixədək yaşadıqları ərazinin polis orqanına, habelə DİN-in mia.gov.az internet saytı vasitəsilə və sosial şəbəkələrdəki səhifələrinə müraciət edə bilərlər.

Qəbula gələnlərdən şəxsiyyət vəsiqəsi tələb olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti