“Bakı Metropoliteni” QSC-nin ilk xanım maşinisti Günay Həbibli vəzifəsindən azad edilib. Belə ki, dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq maşinist təlimat qaydalarını pozub.
“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Trend-ə faktı təsdiqləyərək maşinistin təlimat qaydalarına uyğun vəzifə tələblərinə əməl etmədiyinə görə vəzifəsindən azad olunduğunu bildirib.
“Günay xanıma metroda başqa iş təklif ediib. Lakin o, həmin təklifi qəbul etməyərək işdən çıxmağı üstün tutub", - deyə B.Məmmədli qeyd edib.
Qedy edək ki, G.Həbibli 2019-cu ildə Bakı Metropolitenində maşinist olaraq işə götürülüb. Təlim-tədris prosesinin gedişində ən yüksək nəticə göstərən G.Həbibli buna qədər "Bakı Metropoliteni" QSC-nin hərəkət xidmətində qatarları qəbul edib yola salan növbətçi vəzifəsində çalışıb.