...

Azərbaycan yanğınsöndürənləri yanğın-xilasetmə idmanı üzrə dünya çempionatında iştirak edir

Cəmiyyət Materials 2 Sentyabr 2023 13:47 (UTC +04:00)
Azərbaycan yanğınsöndürənləri yanğın-xilasetmə idmanı üzrə dünya çempionatında iştirak edir

Trend-i buradan izləyin

Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyə Respublikasının İstanbul şəhərində yanğın-xilasetmə idmanı üzrə kişilər arasında XVIII dünya çempionatına və qadınlar arasında IX dünya çempionatına start verilib.

FHN-dən Trend-ə verilən xəbərə görə, Dünya çempionatında ölkəmizi Azərbaycan Fövqəladə Hallar Nazirliyinin və Dövlət Neft Şirkətinin yanğınsöndürənlərindən ibarət komandası təmsil edir.

Sentyabrın 6-dək davam edəcək mötəbər idman tədbiri Yanğınsöndürənlər və Xilasedicilərin Beynəlxalq İdman Federasiyasının XXIII Beynəlxalq Konfransının qərarı əsasında keçirilir.

Dünya çempionatı yanğınsöndürən və xilasedici peşələrinin tanıdılması, müxtəlif ölkələrin yanğın və xilasetmə xidmətləri vasitəsilə dostluq ənənələrinin möhkəmləndirilməsi, peşəkar idman bacarıqlarının təkmilləşdirilməsi və yanğın-xilasetmə idmanının beynəlxalq səviyyədə daha da inkişaf etdirilməsi məqsədilə təşkil olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti