Bakı. Trend:
Azərbaycan Dövlət İqtisad Universitetinə (UNEC) tələbə qəbulunun nəticələri açıqlandı.
UNEC-dən Trend-ə bildirilib ki, qəbul planı 99.76 faiz dolub. İqtisad Universiteti üzrə cəmi sənaye mühəndisliyi ixtisasında 9 yer boş qalıb. Subbakalavrların sayı keçən illə müqayisədə 22 faiz azalıb. UNEC-ə cəmi 122 subbakalavr qəbul olunub.