...

Azərbaycan Ordusunda döyüş hazırlığı üzrə yarışlar keçirilir (FOTO)

Cəmiyyət Materials 4 Sentyabr 2023 17:25 (UTC +04:00)
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

2023-cü ilin hazırlıq planına əsasən, Azərbaycan Ordusunda döyüş hazırlığı həftəsi çərçivəsində tabor, bölük, divizion və batareya səviyyəsində yarışlar keçirilir.

Müdafiə Nazirliyindən Trend-ə verilən xəbərə görə, bir neçə mərhələdə keçiriləcək yarışların əsas məqsədi bölmələrin döyüşə hazırolma vəziyyətini yüksək səviyyədə saxlamaq, hərbi qulluqçuların praktiki vərdişlərini təkmilləşdirmək və şəxsi heyətin sağlam rəqabət əzmini artırmaqdır.

Yarışların nəticələrinə əsasən, qalib heyətlər mükafatlandırılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti