Bakı. Trend:
Azərbaycanda vətəndaşlar üçün sosial təminat əlçatandır.
Trend xəbər verir ki, bu barədə BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva “DOST 2023: çevik, innovativ və davamlı xidmətlərin göstərilməsi üçün vahid platforma” adlı beynəlxalq konfransda çıxışı zamanı deyib.
“Sosial təminatın təşkilatı üçün maliyyə və insan resurslarını artırmalıyıq. Vahid platforma formatı dünyanın əksər ölkələrində istifadə edilir. DOST platforması vahid platforma olaraq vətəndaşlara çevik xidmət göstərir.
Sosial təminat sahəsində son illərdə aparılan islahatlar Azərbaycanın gələcəyə olan vizyonunu göstərir. İnsanların sosial xidmətlərlə əhatə olunması bunun təzahürüdür”,- deyə o əlavə edib.
Qeyd edək ki, Heydər Əliyev Mərkəzində Azərbaycanda ilk dəfə sosial xidmətlər sahəsində “DOST 2023: çevik, innovativ və davamlı xidmətlərin göstərilməsi üçün vahid platforma” adlı beynəlxalq konfrans keçirilir.