...

Sel İsmayıllı-Lahıc yolunda problem yaratdı - Hərəkət bərpa olunur

Cəmiyyət Materials 8 Sentyabr 2023 09:51 (UTC +04:00)
Sel İsmayıllı-Lahıc yolunda problem yaratdı - Hərəkət bərpa olunur
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

Bu gecə və səhər saatlarında intensiv yağıntılar nəticəsində yaranan sel suları İsmayıllı-Lahıc avtomobil yolunun (15.8, 17.2 və 18.6 km-lik hissələrdə) hərəkət hissəsinə özü ilə bərabər lil və qaya parçaları gətirərək, avtonəqliyyat vasitələrinin fasiləsiz və təhlükəsiz hərəkətində problemlər yaradıb.

Trend xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

Bildirilib ki, dərhal əraziyə AAYDA tərəfindən canlı qüvvə və texnika cəlb edilərək təhlükəsizlik tədbirləri görülüb:

"Hazırda yolda hərəkətin fasiləsizliyi və təhlükəsizliyinin təmin olunması üçün işlər aparılır. Artıq yolun 15.8-ci km-lik hissəsində yol təmizlənərək hərəkət bərpa olunub".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti