...

Güclü külək və dolu Qaxda fəsadlar törətdi (FOTO)

Cəmiyyət Materials 8 Sentyabr 2023 10:35 (UTC +04:00)
Güclü külək və dolu Qaxda fəsadlar törətdi (FOTO)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Respublikamızın şimal-qərb bölgəsi rayonlarında qeyri-sabit hava şəraiti davam edir. Sentyabrın 7-dən 8-nə keçən gecə güclü külək və leysan yağışları Qax rayonu ərazisində də fəsadlara səbəb olub.

Trend xəbər verir ki, bu barədə rayon fövqəladə hallar komissiyasından bildirilib.

Qeyd edilib ki, güclü külək nəticəsində Qax şəhəri ərazisində 4 ağac aşıb, Güllük kəndində sakinə məxsus həyətyanı torpaq sahəsində 100 kvadratmetr hasar uçub. Dolu düşməsi nəticəsində Qax şəhərində vətəndaşlara məxsus fərdi təsərrüfatlarda meyvə ağaclarına və üzüm bağlarına ziyan dəyib.

Hazırda təbii fəlakətin nəticələrinin aradan qaldırılması istiqamətində aidiyyəti qurumlar tərəfindən zəruri işlər görülür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti