...

Daha bir icra başçısının müavini işdən çıxarıldı

Cəmiyyət Materials 8 Sentyabr 2023 11:45 (UTC +04:00)
Daha bir icra başçısının müavini işdən çıxarıldı

Bakı. Trend:

Kəngərli rayon icra başçısının müavini işdən azad olunub.

Trend xəbər verir ki, bununla bağlı Kəngərli Rayon İcra Hakimiyyətinin başçısı Kamal Ələkbərov sərəncam imzalayıb.

Sərəncama əsasən, icra başçısının müavini Qurbanova Səriyyə Bağır qızı işdən çıxarılıb.

Qeyd edək ki, Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının müavini Təhminə Mustafayeva da işdən çıxarılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti