...

İstilik və isti su sayğaclarının quraşdırılması və istismarına dair tələblər məlum olub

Cəmiyyət Materials 8 Sentyabr 2023 16:00 (UTC +04:00)
İstilik və isti su sayğaclarının quraşdırılması və istismarına dair tələblər məlum olub
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Müəssisə və istehlakçı arasında istilik və isti su təchizatı xidmətlərinə görə hesablaşma aparılması üçün balans mənsubiyyəti sərhədində, bu mümkün olmadığı hallarda isə istilik mənbəyində “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq tipi təsdiq edilmiş müvafiq sayğac quraşdırılmalıdır.

Trend-in xəbərinə görə, bu, Nazirlər Kabinetinin təsdiq etdiyi “İstilik enerjisindən istifadə qaydaları”nda əksini tapıb.

Qaydalara əsasən, əhali qrupuna aid olan istehlakçılara göstərilən istilik təchizatı xidmətlərinin uçotu bu Qaydalarda 3.4-cü bəndində nəzərdə tutulan hallar (İstilik təchizatı xidmətləri üçün sayğaclar əhali qrupuna aid olan istehlakçıların mənzilində və ya yaşayış evində istehlakçının istəyi ilə onun vəsaiti hesabına Müəssisə və ya podratçı tərəfindən 14 quraşdırılır və bu halda hesablaşmalar sayğacda əks olunmuş göstəricilərə uyğun həyata keçirilir) istisna olmaqla, binanın istilik şəbəkəsinə qoşulma nöqtəsində quraşdırılmış sayğac vasitəsilə, isti su təchizatı xidmətlərinin uçotu isə mənzillərin və ya yaşayış evlərinin girişində və ya onların daxilində quraşdırılmış sayğac vasitəsilə aparılır. İstehlakçıların sayğacla təchiz edilməsi, onun quraşdırıl- ması və dəyişdirilməsi əhali qrupuna aid olan istehlakçılara münasibətdə qeyd edilən hallar istisna olmaqla, Müəssisənin vəsaiti hesabına, qeyri-əhali qrupuna aid olan istehlakçılara münasibətdə isə istehlakçının öz vəsaiti hesabına həyata keçirilir.

İstilik təchizatı xidmətləri üçün sayğaclar əhali qrupuna aid olan istehlakçıların mənzilində və ya yaşayış evində istehlakçının istəyi ilə onun vəsaiti hesabına Müəssisə və ya podratçı tərəfindən quraşdırılır və bu halda hesablaşmalar sayğacda əks olunmuş göstəricilərə uyğun həyata keçirilir.

Zədələnmiş sayğacların (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, üzərindəki plombların qırılması, texniki nasazlıqlar və s.) təmiri, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu barədə müraciət edildiyi və ya belə halların aşkar olunduğu gündən sonra ən geci 15 gün müddətində bu Qaydaların tələblərinə uyğun olaraq Müəssisə tərəfindən həyata keçirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş sayğacın təmiri, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydalara bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına Müəssisə tərəfindən həyata keçirilir.

Qeyri-əhali qrupuna aid olan istehlakçılar tərəfindən balans mənsubiyyəti sərhədində quraşdırılmış sayğacın qorunmasına, sayğac və xətdəki siyirtmə, süzgəc üzərindəki plombların toxunulmazlığına cavabdeh olan şəxs müəyyən edilir.
Mənzillərin və ya yaşayış evlərinin daxilində quraşdırılmış sayğaclar istisna olmaqla, əhali qrupuna aid olan istehlakçıların sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə Müəssisə cavabdehlik daşıyır.
Sayğacların növbəti yoxlanılması onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Sayğacların növbəti yoxlanılmasına görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının müraciəti ilə sayğacın növbədənkənar yoxlanılmasına görə istehlakçı Müəssisə tərəfindən müəyyən edilən və rəsmi internet səhifəsində yerləşdirilmiş məbləğdə vəsait ödəməlidir.

Müəssisənin nümayəndələri istehlakçı tərəfindən sayğaca müdaxilə edilməklə və ya istilik şəbəkəsinə qanunsuz qoşulmaqla istilik enerjisinin talanması hallarını aşkar edərlərsə, bu Qaydaların tələbləri nəzərə alınmaqla bu barədə istehlakçının iştirakı ilə akt tərtib etməli, həmin aktın bir nüsxəsini istehlakçıya, bir nüsxəsini inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün Azərbaycan Respublika-sının Energetika Nazirliyinə, cinayət işinin başlanılması üçün əsaslar olduqda isə hüquq mühafizə orqanlarına təqdim etməlidirlər. Akt Müəssisənin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır.

İstehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur.

İstehlakçıya göstərilən istilik və isti su təchizatı xidmətlərinin uçotu Müəssisə və istehlakçının balans mənsubiyyəti sərhədində aparılmalıdır. Sayğac balans mənsubiyyəti sərhədində quraşdırılmadığı halda, balans mənsubiyyəti sərhədindən sayğacın quraşdırıldığı yerə qədər yerləşən istilik xəttində istilik və isti su itkiləri sınaqlar aparılmaqla müəyyən edilir. Bu itkilər sayğac Müəssisənin balans mənsubiyyətinə aid hissədə quraşdırıldıqda istehlakçıya verilən hesabdan çıxılır, istehlakçının balans mənsubiyyətinə aid hissədə quraşdırıldıqda isə həmin hesaba əlavə edilir. İtkilərin müəyyən edilməsi üçün aparılan sınaqlar Müəssisənin nümayəndələri və istehlakçının iştirakı ilə həyata keçirilir.

Müəssisənin səlahiyyətli nümayəndələrinin sahibkarlıq subyektlərinin fəaliyyət göstərdiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyəti “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla həyata keçirilir.

Müəssisənin səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərinin sayğaclarının göstəricilərinin oxunması zamanı həmin sayğaca müdaxilə, habelə sayğacdankənar istilik şəbəkəsinə qanunsuz qoşulma (Müəssisənin razılığı olmadan istilik şəbəkəsinə qoşulma) hallarını müəyyən etdikdə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla, yoxlama keçirilməsi ilə bağlı tədbirlər görməlidirlər

Məqalədə:
Xəbər lenti

Xəbər lenti