...

Bakıda qadının pulu və telefonu oğurlandı

Cəmiyyət Materials 11 Sentyabr 2023 13:48 (UTC +04:00)
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

Bakı sakininin pulu və telefonu oğurlanıb.

Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Binəqədi Rayon Polis İdarəsi 5-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində sentyabrın 8-də rayon ərazisində Bakı şəhər sakini olan bir qadının pulunu və mobil telefonunu quldurluq yolu ilə talamaqda şübhəli bilinən Abşeron rayon sakini, əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş Emil Qənizadə müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti