Bakı. Trend:
Azərbaycanda təsərrüfat subyektlərinin təkbaşına və ya birgə hökmran mövqedən bu Məcəllənin 16.2-ci maddəsində nəzərdə tutulan rəqabətin məhdudlaşdırılmasına səbəb olan (və ya ola bilən) sui-istifadə halları qadağan edilir.
Trend-in məlumatına görə, bununla bağlı Rəqabət Məcəlləsinin layihəsi Milli Məclisə daxil olub.
Layihəyə əsasən, hökmran mövqedən rəqabətin məhdudlaşdırılmasına səbəb olan (və ya ola bilən) sui-istifadə halları aşağıdakılardır, lakin bunlarla məhdudlaşdırılmır:
- aşağı və ya yüksək inhisar qiymətlərinin tətbiqi;
- müştərilərin mənafeyinə zidd olaraq istehsalın, satışın və ya texniki inkişafın (o cümlədən yeni texnologiyanın tətbiqinin) məhdudlaşdırılması;
- müqavilənin bağlanılmasının onun predmeti ilə birbaşa əlaqəsi olmayan, yəni mahiyyətindən və kommersiya istifadəsindən asılı olmayan əlavə öhdəliklərin daxil edilməsi ilə şərtləndirilməsi, o cümlədən bir məhsulun satışı üçün digər məhsulun əldə edilməsinin məcburi şərt kimi müəyyən edilməsi və (və ya) məhsulun məcburi əlavə çeşidlə satışı;
- iqtisadi və ya texnoloji əsaslar olmadan uyğun ödəniş müqabilində məhsulun təqdim edilməsindən, əqli mülkiyyət hüquqlarından istifadədən, yaxud şəbəkədən (ümumi istifadə üçün yaradılmış hər hansı bir sistemdən) birgə istifadə mümkün olduqda ona çıxış imkanının yaradılmasından imtina edilməsi;
- hökmran mövqedə olan təsərrüfat subyekti tərəfindən digər təsərrüfat subyektlərinin ona üstünlük verməyə məcbur edilməsi və ya hər hansı məhsulu onun rəqiblərindən deyil, yalnız ondan almağa sövq edilməsi;
- iqtisadi və ya texnoloji əsaslar olmadan satıcı və ya müştəri ilə bağlanılmış müqavilələrə xitam verilməsi, yaxud məhsulun təqdim edilməsi mümkün olduğu təqdirdə və qanundan irəli gələn hallar istisna olmaqla müqavilənin bağlanılmasından imtina edilməsi;
- müvafiq bazarda rəqabətin məhdudlaşdırılması ilə nəticələnən aşağı qiymətlərin, yaxud rəqiblərə davamlı olaraq rentabelli fəaliyyət göstərməyə imkan verməyən qiymətlərin tətbiq edilməsi (bu maddə hasilat və ya topdansatış bazarında hökmran mövqedə olan təsərrüfat subyekti tərəfindən yuxarı qiymətlər tətbiq edilməklə həmin məhsulu ondan alan və emal və ya pərakəndə bazarında onunla rəqabət aparan təsərrüfat subyektlərinin fəaliyyətini məhdudlaşdıran davranışa da tətbiq edilir);