...

Viza mərkəzləri süni əngəllər yaradır - AÇIQLAMA

Cəmiyyət Materials 12 Sentyabr 2023 11:28 (UTC +04:00)
Viza mərkəzləri süni əngəllər yaradır - AÇIQLAMA
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı.Trend:

Bəzi viza mərkəzlərinin fəaliyyəti turizmə problem yaradır.

Trend xəbər verir ki, bunu Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının (ATAA) bir illik fəaliyyətinə həsr edilmiş tədbirdə çıxış edən ATAA-nın Getmə Turizm Komissiyasının rəhbəri Şaiq Məmmədov deyib.

“Getmə turizm sahəsində bizi ən çox narahat edən məsələlərdən biri də vizaların verilməsi ilə bağlıdır. Avropa ölkələrinin viza müraciətlərinə nəzər yetirsək, bəzi ölkələrin digərlərinə nisbətdə daha çətin viza verdiyini müşahidə edə bilərik. Vizaların verilməsi prosedurundakı çətinliklərdən danışarkən, bəzi viza mərkəzlərinin süni əngəllər yaratmasını qeyd etmək istərdim.

Bir sıra hallarda lazımi sənədlərdən başqa, əlavə sənədlərin də tələb olunduğunun şahidi oluruq. Misal olaraq iş yerinden arayış və kart çıxarışı təqdim olunduğu halda, vergi ödənişinə dair arayış, bəzən gediş-gəliş biletlərinin alınmış variantları tələb edilir. Bəzən viza rüsumunun ödənilməsindən sonra əlavə xidmət haqqı tutulur. Bu xidmət haqqının isə nə olduğuna aydınlıq gətirilmir. Görüş günü ilə bağlı sıxıntılar hələ də qalmaqdadır. Bu da üzvlərimizin və turistlərin haqlı narazılığına səbəb olur”, - o qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti