...

AZAL Bakıdan Minskə reyslər açır

Cəmiyyət Materials 12 Sentyabr 2023 18:05 (UTC +04:00)
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanın milli aviadaşıyıcısı (AZAL) Bakıdan Belarusun paytaxtı Minskə müntəzəm reyslər açır.

"Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Bakı-Minsk-Bakı marşrutu üzrə ilk reysin 2023-cü il oktyabrın 1-də həyata keçirilməsi planlaşdırılır. Aviaşirkət həftədə dörd dəfə uçuşlar həyata keçirəcək.

Minskə uçuşlar üçün aviabiletləri “Azərbaycan Hava Yolları”nın internet saytında - www.azal.az, mobil əlavədə və aviaşirkətin akkreditə olunmuş agentliklərindən əldə etmək mümkündür.

Minsk unikal görməli yerlərlə və rahat parklarla dolu gözəl və tarixi bir şəhərdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti