...

Veysəloğlu Şirkətlər Qrupu “DIGIAGE - Bakı” rəqəmsal oyun düşərgəsinə dəstək olub (FOTO)

Cəmiyyət Materials 13 Sentyabr 2023 12:18 (UTC +04:00)
Veysəloğlu Şirkətlər Qrupu “DIGIAGE - Bakı” rəqəmsal oyun düşərgəsinə dəstək olub (FOTO)

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin, “Bilişim Vadisi Bakı”nın və Azərbaycan Texniki Universitetinin birgə təşkilatçılığı ilə Bakıda rəqəmsal oyun düşərgəsi təşkil edilib.

Dörd gün davam edən düşərgəyə Veysəloğlu Şirkətlər Qrupu da dəstək verib. Düşərgənin məqsədi peşəkar mentorların iştirakı ilə istedadlı gənclərin oyun hazırlamalarına şərait yaratmaq, layihələrini tanıtmaqdır. Həmçinin, dünya bazarına çıxmaq imkanları ilə bağlı onların təcrübə əldə etmələrinə və yeni təşəbbüslərə imza atmalarına dəstək olmaq əsas hədəflərdir.

“Veysəloğlu Şirkətlər Qrupu olaraq gənclərin yeni təşəbbüslərini dəstəkləyərək onların inkişafına töhfə vermyə çalışırıq. Universitetlərlə sıx əməkdaşlıq edərək tələbələrin şirkətimizdə peşəkarların təcrübələrindən faydalanmaları üçün imkanlar yaradırıq”, - deyə Şirkətlər Qrupunun informasiya texnologiyaları direktoru Ülvi Babaşov tədbir haqda danışarkən deyib.

Qeyd edək ki, səkkizinci dəfədir təşkil olunan “DIGIAGE” düşərgəsinə bu günə qədər 18 mindən çox müraciət əsasında dörd mindən çox iştirakçı qatılıb. Yetmişdən çox komandanın 10-dan çoxu şirkətləşib və 7 komandaya 250 min dollarlıq investisiya edilib. Əsas hədəflər oyun sektorunda inkişaf etmək istəyən fərdi iştirakçılara, komandalara, şirkətlərə mentorluq dəstəyi göstərmək və investisiya əsasında ekosistemi böyütməkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti