...

Naxçıvanda icra başçısına yeni müavin təyin edildi

Cəmiyyət Materials 14 Sentyabr 2023 14:01 (UTC +04:00)
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

Naim Cahidzadə Sədərək Rayon İcra Hakimiyyəti başçısının müavini təyin edilib.

Trend xəbər verir ki, o, eyni zamanda müvəqqəti olaraq icra başçısının səlahiyyətlərini icra edəcək.

N.Cahidzadə bu təyinatadək Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının İqtisadiyyat şöbəsinin müdiri vəzifəsində çalışıb.

Qeyd edək ki, Sədərək Rayon İcra Hakimiyyətinin başçısı Mahirə Adnayeva bir neçə gün əvvəl tutduğu vəzifədən azad edilib.

Xəbər lenti

Xəbər lenti