...

“Müxtəlif patologiyalarda dinamik kontrastlı MRT müayinələri və onların diaqnostik xüsusiyyətləri” mövzusunda elmi konfrans və master-klass 4 DTT balı ilə qiymətləndirilib

Cəmiyyət Materials 15 Sentyabr 2023 11:52 (UTC +04:00)
“Müxtəlif patologiyalarda dinamik kontrastlı MRT müayinələri və onların diaqnostik xüsusiyyətləri” mövzusunda elmi konfrans və master-klass 4 DTT balı ilə qiymətləndirilib

Bakı. Trend:

Sabah Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin, Mərkəzi Gömrük Hospitalının və “Bayer” şirkətinin birgə təşkilatçılığı ilə “Müxtəlif patologiyalarda dinamik kontrastlı MRT müayinələri və onların diaqnostik xüsusiyyətləri” mövzusunda elmi konfrans və master- klass Səhiyyə Nazirliyinin "Davamlı Tibbi Təhsil üzrə elm və tədris tədbirlərinin akkreditasiya Qaydaları" əsasında akkreditasiya olunaraq 4 DTT balı ilə qiymətləndirilib.

Proqrama uyğun olaraq konfrans radioloq, neyrocərrah, ürək-damar cərrahı, onkoloq, kardioloq, qastroenteroloq ixtisasına malik həkimlər və rezidentlər üçün nəzərdə tutulub.

Konfransda iştirak ödənişsizdir!

Yerlər məhdud olduğu üçün qeydiyyatdan keçmək mütləqdir!

Proqramla tanış olmaq üçün link: https://customshospital.az/mt-content/uploads/2023/09/proqram16.jpg

Qeydiyyat linki: https://forms.gle/fDoX2xG3xA67Nevj8

Məqalədə:
Xəbər lenti

Xəbər lenti