...

Bakıda maşından pul və telefon oğurlayan keçmiş məhkum metroda tutuldu

Cəmiyyət Materials 18 Sentyabr 2023 10:37 (UTC +04:00)
Bakıda maşından pul və telefon oğurlayan keçmiş məhkum metroda tutuldu
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

Bakı metrosunda oğru tutulub.

Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Metropolitendə Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Səbail rayonu ərazisində “Nissan” markalı bir avtomobildən 1800 manat pul və mobil telefon oğurlamaqda şübhəli bilinən Masallı rayon sakini, əvvəllər məhkum olunmuş Renat Şahbazov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti