...

Yol polisinin tətbiq etdiyi cərimələrin ödənilməsi adı ilə saxta ödəniş portalı yaradıldı - XƏBƏRDARLIQ

Cəmiyyət Materials 25 Sentyabr 2023 15:45 (UTC +04:00)
Yol polisinin tətbiq etdiyi cərimələrin ödənilməsi adı ilə saxta ödəniş portalı yaradıldı - XƏBƏRDARLIQ
İlqar Şabanov
İlqar Şabanov
Bütün xəbərlər

Bakı. Trend:

Kiberdələduzlar Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən tətbiq edilən cərimələrin ödənilməsi adı ilə saxta ödəniş portalı yaradıb.

Trend xəbər verir ki, Elektron Təhlükəsizlik Xidməti (ETX) məlumat yayıb.

Saxta portal vasitəsilə vətəndaşlar tərəfindən bank və digər fərdi məlumatlarını daxil edərək, tətbiq olunan cərimənin ödənilməsi nəzərdə tutulur.

Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara belə saxta veb-səhifələrə etimad etməməyi, şübhəli keçidlər vasitəsilə bank kartı və digər fərdi məlumatlarını qarşı tərəfə təqdim etməməyi, yalnız dövlət qurumları tərəfindən təqdim edilən rəsmi ödəniş portalları vasitəsilə ödəniş etməyi tövsiyə edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti