Bakı. Trend:
Şuşada hazırda bərpa olunan mərkəzi küçə gələn ilin ortasında təhvil veriləcək.
Trend-in məlumatına görə, bunu Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonundakı xüsusi nümayəndəsi Aydın Kərimov II Azərbaycan Milli Şəhərsalma Forumunda çıxışı zaman deyib.
O qeyd edib ki, Şuşa tarixi qoruq statusu daşıyır deyə, orada inşa ediləcək yaşayış evlərində də hiss ediləcək.
“Şuşada yaşayış sahələrində böyük həcmli yaşıllıq ərazilər olacaq. Tikinti zamanı bütün işlər şəhərin tarixi əhəmiyyətinə görə nəzərə alınır", - deyə o, qeyd edib.