...

Nazir işğaldan azad edilmiş ərazilərdəki tikinti tullantılarının taleyinə aydınlıq gətirib

Cəmiyyət Materials 30 Sentyabr 2023 12:50 (UTC +04:00)
Nazir işğaldan azad edilmiş ərazilərdəki tikinti tullantılarının taleyinə aydınlıq gətirib
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Dövri iqtisadiyyatın təmin edilməsi istiqamətində işğaldan azad edilmiş ərazilərdə yaşayış məntəqələrinin bərpası zamanı tikinti tullantılarının dayanıqlı şəkildə idarə olunması işlərinə start verilib.

Trend xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Bakıda 2-ci Azərbaycan Milli Şəhərsalma Forumunda deyib.

O qeyd edib ki, Ağdam rayonunun Kəngərli kəndinin bərpa və yenidənqurulması zamanı yaranan tikinti-söküntü tullantılarının təkrar emalına və istifadəsinə başlanılıb.
Nazir vurğulayıb ki, eyni zamanda, tullantı sularının səmərəli idarə olunması, yağış, drenaj sularının toplanması şəbəkəsinin qurulması, təmizlənmiş tullantı sularının təkrar istifadəyə yönəldilməsi, xüsusilə yaşıllıq ərazilərinin suvarılmasında istifadə edilməsi prioritet olmalıdır.

Qeyd edək ki, “Şəhərsalma Həftəsi 2023” çərçivəsində təşkil olunan “Davamlı şəhərlər iqtisadi inkişafın hərəkətverici və bərabərsizliklərlə mübarizə aparan qüvvəsi kimi” mövzusunda II Azərbaycan Milli Şəhərsalma Forumunun (NUFA2) ikinci günü paytaxt Bakıda keçirilir.

Xəbər lenti

Xəbər lenti