...

Binəqədi və Abşeronun bəzi əraziləri Sumqayıta verilir

Cəmiyyət Materials 3 Oktyabr 2023 11:57 (UTC +04:00)
Binəqədi və Abşeronun bəzi əraziləri Sumqayıta verilir
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Binəqədi, Sumqayıt və Abşeronun sərhədləri yenidən müəyyən edilir.

Trend-in məlumatına görə, bununla bağlı məsələ Milli Məclisin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.

Belə ki, iclasda “Bakı şəhəri Binəqədi rayonunun, Sumqayıt şəhərinin və Abşeron rayonunun sərhədlərinin müəyyənləşdirilməsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi deputatların müzakirəsinə təqdim edilib.

Dəyişikliyə əsasən, Bakı şəhəri Binəqədi rayonunun Binəqədi qəsəbə inzibati ərazi dairəsi tərkibindəki Binəqədi qəsəbəsi ərazisindən 1213 hektar torpaq sahəsi Sumqayıt şəhərinin inzibati ərazisinə verilir.

Digər dəyişikliyə əsasən, Abşeron rayonunun inzibati ərazisində yerləşən 375 hektar və 2223,67 hektar torpaq sahələri Sumqayıt şəhərinin inzibati ərazisinə verilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti