...

12 yaşlı uşağı maşın vurub öldürdü

Cəmiyyət Materials 9 Oktyabr 2023 16:16 (UTC +04:00)
12 yaşlı uşağı maşın vurub öldürdü
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

Lənkəranda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Trend xəbər verir ki, hadisə köhnə Ələt-Astara magistralında, Lənkəran rayonunun Gərmətük kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

“10 TM 103” dövlət qeydiyyat nömrə nişanlı "Mercedes" markalı nəqliyyat vasitəsi Gərmətük kənd sakini 2011-ci il təvəllüdlü Süleyman Məhəmməd oğlu Nəzərzadəni vurub. Piyada aldığı xəsarətlərdən ölüb.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti