...

İlin sonuncu Günəş tutulması başa çatıb (ƏLAVƏ OLUNUB)

Cəmiyyət Materials 15 Oktyabr 2023 01:33 (UTC +04:00)
İlin sonuncu Günəş tutulması başa çatıb (ƏLAVƏ OLUNUB)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

2023-cü ilin sonuncu Günəş tutulması başa çatıb.

Trend-in məlumatına görə, bu barədə Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından bildirilib. Məlumata əsasən, tutulma halqavari Günəş tutulması olub.

Ay Yerdən uzaq məsafədə olduqda bucaq ölçüsü Günəşin bucaq ölçüsündən kiçik olduğuna görə tutulma zamanı Günəşin səthini tam bağlamayıb və Ayın ətrafında parlaq halqa yaranıb.

Tutulma hadisəsi bu gün Bakı vaxtı ilə saat 19:03:45-də başlayıb və oktyabrın 15-də saat 00:55:11-də sona çatıb.

Tutulmanın maksimumu saat 21:59:27-də olub. Tutulma hadisəsi 5 saat 51 dəqiqə 26 saniyə davam edib. Mərkəzi tutulma hadisəsi isə saat 20:10:09-da başlayıb və 23:48:56-da qurtarıb. Mərkəzi tutulma prosesi 3 saat 38 dəqiqə 47 saniyə davam edib.

Bu tutulma hadisəsi Qərbi Afrika, Şimali Amerika, Cənubi Amerika, Sakit okean, Atlantik okean və Arktikada müşahidə olunub. Təbiət hadisəsi Azərbaycanda müşahidə olunmayıb.

xxx

19:15

Bu gün Bakı vaxtı ilə saat 19:03:45-də 2023-cü ilin sonuncu Günəş tutulması başlayıb.

Trend-in məlumatına görə, bu barədə Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından məlumat verilib. Tutulma halqavari Günəş tutulmasıdır. Ay Yerdən uzaq məsafədə olduqda bucaq ölçüsü Günəşin bucaq ölçüsündən kiçik olduğuna görə tutulma zamanı Günəşin səthini tam bağlamır və Ayın ətrafında parlaq halqa yaranır.

Tutulma hadisəsi oktyabrın 15-də saat 00:55:11-də sona çatacaq. Tutulmanın maksimumu saat 21:59:27-də olacaq. Tutulma hadisəsi 5 saat 51 dəqiqə 26 saniyə davam edəcək. Mərkəzi tutulma hadisəsi isə saat 20:10:09-da başlayacaq və 23:48:56-da qurtaracaq. Mərkəzi tutulma prosesi 3 saat 38 dəqiqə 47 saniyə davam edəcək.

Bu tutulma hadisəsi Qərbi Afrika, Şimali Amerika, Cənubi Amerika, Sakit okean, Atlantik okean və Arktikada müşahidə ediləcək. Tutulma hadisəsi Azərbaycanda müşahidə olunmayacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti