...

Azad edilmiş ərazilərdə aşkarlanan minaların sayı AÇIQLANIB

Cəmiyyət Materials 16 Oktyabr 2023 17:50 (UTC +04:00)
Azad edilmiş ərazilərdə aşkarlanan minaların sayı AÇIQLANIB
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı həftəlik məlumat yayıb.

Trend xəbər verir ki, bu barədə qurumun “X” sosial şəbəkə hesabında paylaşım edilib.

Bildirilib ki, azad olunan ərazilərdə oktyabrın 9-dan 15-dək olan müddətdə 85 tank əleyhinə mina, 496 piyada əleyhinə mina, 1732 partlamamış hərbi sursat aşkarlanıb və zərərsizləşdirilib.

Həmçinin 631 hektar ərazi minadan təmizlənib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti