...

"Vikipediya"da Qarabağa aid məlumatlar silinir? - AÇIQLAMA

Cəmiyyət Materials 23 Oktyabr 2023 12:11 (UTC +04:00)
"Vikipediya"da Qarabağa aid məlumatlar silinir? - AÇIQLAMA
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Bir neçə gündür sosial şəbəkələrdəAzərbaycana aid bəzi məqalalərin "Vikipediya"dan silindiyinə dair iddialar yayılır. Bildirilir ki, silinən məqalələrin çoxu Azərbaycan tarixi, xüsusən Qarabağla bağlıdır.

Məsələ ilə bağlı Trend-ə açıqlama verən “Vikipediya” üzrə mütəxəssis, diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk bildirib ki, bu gün “Vikipediya”nın Azərbaycan dili bölməsində Qarabağa aid məqalələr silinmir.

Onun sözlərinə görə, mövcud olan məqalələr etibarlı mənbələrlə zənginləşdirilir.

“Vikipediya”nın qaydalarına görə, məqalə ensiklopedik qaydalar uyğundursa, məqalə yaradıla bilər:

“Vikipediya”nın fəaliyyət fəlsəfəsi belə qurulub. Bu gün “Vikipediya”nın Azərbaycan dili bölməsində Qarabağa aid çoxsaylı məqalələr mövcuddur. Bunları Azərbaycan “Vikipediya” icmasının üzvləri yaradıblar və bu gün şərəfli missiyanı davam etdirirlər. İstəyən şəxs “Vikipediya” platformasından Qarabağla bağlı məlumatları əldə edə bilər. Məqalələr zəif və mənbələri azlıq təşkil edə bilər. “Vikipediya” qaydaları bizə bunu zənginləşdirməyə imkan verir. Hər kəs qaydalar çərçivəsində öz töhfəsini verə bilər".

E.Eltürk bildirib ki, “Vikipediya” könüllüləri, idarəçiləri xarici dilli bölmələrdə mənbələrə görə məqalələrin yaradılmasında ciddi problemlərlə üzləşirlər.

"Nəzərə alaq ki, "Vikipediya"da məqalələr mənbələr əsasında yaradılır və zənginləşdirilir. Etibarlı, bitərəf və elmi, akademik istiqamətdə söykənən mənbələr könüllülərin əlini gücləndirir. Dünyanın nüfuzlu elmi, akademik jurnallarında Azərbaycanla bağlı çap olunan məqalələr etibarlı mənbə rolunu oynayır. Bu gün xarici dilli “Vikipediya”da könüllü sürətdə fəaliyyət göstərən və Azərbaycan üçün əlindən gələni edən təcrübəli vikipediya könüllüləri var. Onların əməyini danmaq olmaz. Sizə bir faktı çatdırım ki, noyabrın 13-ü "Füzuli" məqaləsi ingiliscə “Vikipediya”nın milyonlarla klik alan "Ana səhifəsi"nə çıxarılacaq. Bu, həm də ən azından bir tarixi şəxsiyyətimizin farslaşdırmadan uzaq saxlanılmasına səbəb olacaq. Uğurlu faktı “vikipediya”çılarımızın nailiyyəti kimi qələmə verərdim", - deyə o qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti