...

Azərbaycanda məktəbəqədər təhsilin əhatə dairəsi artırılacaq

Cəmiyyət Materials 30 Oktyabr 2023 13:58 (UTC +04:00)
Azərbaycanda məktəbəqədər təhsilin əhatə dairəsi artırılacaq
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda məktəbəqədər təhsilin əhatə dairəsi artırılacaq.

Trend-in məlumatına görə, bu barədə 2024-2027-ci illər üzrə iqtisadi və sosial inkişaf konsepsiyasının əsas prioritetlərində deyilir.

Qeyd edilib ki, ölkə üzrə məktəqədər təhsilin göstəriciləri inkişaf etdiriləcək. Məktəbəqədər təhsilin məzmunu yenilənəcək, pedaqoji və idarəetmə heyətinin peşəkarlığı artırılacaq. Məktəbəqədər təhsilin keyfiyyətinin təminat sistemi yaradılacaq. Nəticədə məktəbəqədər təhsilə cəlb edilən 1-5 yaşlıların payı 50%-ə çatdırılacaq.

Xatırladaq ki, məktəbəqədər təhsil Azərbaycan Respublikasında fasiləsiz təhsil sisteminin ilk pilləsi kimi fərdin, cəmiyyətin və dövlətin maraqları nəzərə alınmaqla davamlı inkişaf etdirilən prioritet fəaliyyət sahəsidir.

Məktəbəqədər təhsil vasitəsilə uşaqların erkən yaş dövrlərində əqli, fiziki, yaradıcı potensialının və mədəni səviyyəsinin inkişafı, psixoloji dayanıqlılığı, estetik tərbiyəsi, sadə əmək vərdişlərinə yiyələnməsi, ətraf aləmə, şəxsi sağlamlığın qorunmasına həssas və şüurlu münasibəti, zəruri həyati bacarıqlara yiyələnməsi və şəxsiyyətinin formalaşdırılmasının əsası qoyulur.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti