...

Bu dəfə avtomobil yox, parklanma lövhəsini oğurladılar

Cəmiyyət Materials 4 Noyabr 2023 10:09 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Noyabrın 3-də Səbail rayonu ərazisindən 1400 manat dəyərində 2 ədəd parklanma lövhəsinin oğurlanması barədə polisə məlumat daxil olub.

DİN-dən Trend-ə verilən məlumata görə, Səbail RPİ 9-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlində şübhəli bilinən Cəlilabad rayon sakini, əvvəllər məhkum olunmuş Niyaməddin Fərəcov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti