...

4 ədəd noutbuk oğurladı, ürəyi soyumadı: mağaza işçisinin telefonunu da apardı

Cəmiyyət Materials 4 Noyabr 2023 10:22 (UTC +04:00)
4 ədəd noutbuk oğurladı, ürəyi soyumadı: mağaza işçisinin telefonunu da apardı
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Paytaxtda daha bir oğurluq hadisəsi baş verib.

Trend-ə DİN-dən verilən məlumata görə, Nəsimi RPİ 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oktyabrın 29-na keçən gecə rayon ərazisindəki mağazaların birindən 4 ədəd noutbuk, digər mağazadan isə oradakı işçinin 1300 manat dəyərində mobil telefonu oğurlanıb.

Oğurluqda şübhəli bilinən Sumqayıt şəhər sakini Vüsal Hacıbəyov və Ucar rayon sakini Fəqan Allahverdiyev müəyyən olunaraq saxlanılıblar.

Araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti