...

AzMİU kollektivi İkinci Fəxri Xiyabanı ziyarət edib

Cəmiyyət Materials 6 Noyabr 2023 14:30 (UTC +04:00)
AzMİU kollektivi İkinci Fəxri Xiyabanı ziyarət edib

Bakı. Trend:

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) rəhbərliyi, müəllim və tələbə heyəti 8 Noyabr – Zəfər Günü ilə əlaqədar İkinci Fəxri Xiyabana gedərək Vətən uğrunda canını fəda edən şəhidlərimizin, o cümlədən AzMİU-nun şəhid tələbə və məzunlarının məzarlarını ziyarət ediblər.

Qeyd edək ki, birinci və ikinci Qarabağ savaşlarında, Aprel döyüşlərində, lokal antiterror əməliyyatlarında və suverenliyimiz uğrunda gedən digər qanlı mübarizələrdə AzMİU-nun və universitetin nəzdində fəaliyyət göstərən İnşaat Kollecinin 50-dən çox tələbə və məzunu şəhid olub.

Allah şəhidlərimizə rəhmət eləsin!

Məqalədə:
Xəbər lenti

Xəbər lenti