...

Sürücünü hədələyərək cüzdanını oğurladı

Cəmiyyət Materials 14 Noyabr 2023 10:18 (UTC +04:00)
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda sürücü təhdid edilərək soyulub.

Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, noyabrın 12-də saat 23 radələrində Abşeron rayonunun Müşfiqabad qəsəbəsi ərazisində “Opel” markalı avtomobildə sərnişinin sürücünü kəsici alətlə hədələyərək içərisində mobil telefonu olan cüzdanını talaması barədə polisə məlumat daxil olub.

Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə quldurluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini 1979-cu il təvəllüdlü Kənan Məmmədov müəyyən olunaraq saxlanılıb.

Abşeron Rayon Polis İdarəsində araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti