...

Bakıda 7700 manatlıq naqil oğulandı

Cəmiyyət Materials 17 Noyabr 2023 10:58 (UTC +04:00)
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda 7700 manatlıq naqil oğulanıb.

Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Xəzər Rayon Polis İdarəsi 1-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə Türkan qəsəbəsi ərazisində 2 daş karxanasından və bir transformatordan ümumilikdə 7700 manat dəyərində naqil oğurlamaqda şübhəli bilinən Lənkəran rayon sakini Zamin Cəfərov müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti