...

Azərbaycan gimnastları dünya yaş qrupları yarışında gümüş medal qazanıblar (FOTO)

Cəmiyyət Materials 18 Noyabr 2023 19:34 (UTC +04:00)
Azərbaycan gimnastları dünya yaş qrupları yarışında gümüş medal qazanıblar (FOTO)
Cani Babayeva
Cani Babayeva
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan gimnastları Böyük Britaniyanın Birmingem şəhərində batut gimnastikası və tamblinq üzrə keçirilən dünya yaş qrupları yarışında uğurla çıxış ediblər.

Federasiyadan Trend-ə verilən məlumata görə, yığma komandanın üzvlərindən İbrahim Mustafazadə, Ammar Baxşaliyev, Samirə Hüseynova və Ayan Şabanova sinxron proqramda gümüş medal qazanıblar.

Qeyd edək ki, bu nəticə qadınlar arasında sinxron proqramda Azərbaycan gimnastika tarixində dünya yaş qrupları yarışında qazanılan ilk nailiyyətdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti