...

Şirvanda qanunsuz saxlanılan 19 ədəd ov silahı polis əməkdaşlarına təhvil verilib

Cəmiyyət Materials 21 Noyabr 2023 08:58 (UTC +04:00)
Şirvanda qanunsuz saxlanılan 19 ədəd ov silahı polis əməkdaşlarına təhvil verilib

Bakı. Trend:

Qanunsuz saxlanılan odlu silahların könüllü olaraq təhvil verilməsi istiqamətində Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən aparılan profilaktiki tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan Trend-ə verilən məlumata görə, şəhər sakinləri arasında aparılan profilaktiki tədbirlərin nəticəsi olaraq ötən gün ərzində 19 sakin müvafiq sənədləri olmadan saxladıqları ov tüfənglərini könüllü olaraq polis əməkdaşlarına təhvil veriblər.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti